2014-cü ildə Ümumdünya Poçt İttifaqı 140 illik yubileyini qeyd edəcək
2014-cü ildə Ümumdünya Poçt İttifaqı (ÜPİ) 140 illik yubileyini qeyd edəcək. ÜPİ-nin XIV konqresinin qərarı ilə 1874-cü ildə İsveçrənin paytaxtı Berndə ittifaqın yaranması günü - oktyabrın 9-u hər il bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd edilir və bu tarix 1969-cu ildə Yaponiyanın Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində elan edilib.
ÜPİ-nin məlumatına görə, poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən artıq ölkəsi tərəfindən müxtəlif formalarda qeyd edilir. Bu beynəlxalq bayramda bir çox poçtlar yeni məhsul və xidmətləri təqdim və ya təşviq edirlər. Bəzi poçtlar isə həmin gündə işçilərini yaxşı xidmətlərinə görə mükafatlandırırlar.
Bir çox ölkələrdə qədim və yeni markalardan ibarət filatelist sərgilər təşkil olunur. Bir çox poçt administrasiyaları isə belə bir gündə beynəlxalq poçt bayramını əks etdirən köynəklər və döş nişanları kimi xüsusi suvenirlər hazırlayırlar. Həmçinin təqvimin beynəlmiləl günündə poçt şöbələri tərəfindən ictimai yerlərdə xüsusi plakatlar quraşdırılır, poçt mərkəzlərində "Açıq qapı" günü, konfrans, seminar və digər tədbirlər təşkil edilir.
Bu münasibətlə hər il "Azərpoçt" MMC tərəfindən də bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Ümumdünya Poçt İttifaqının yaranma gününü tarixiləşdirən xüsusi təqvim ştempelləri hazırlanır, poçt markalarından ibarət sərgi təşkil edilir, yeni poçt şöbələri istifadəyə verilir və s.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL