Azərbaycanla Britaniya Standartlar İnstitutu enerji idarəetmə sistemləri ilə bağlı təlimlər keçirəcək
Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində enerji idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə təlimlərə başlanacaq.
21 yanvar 2014-cü il tarixində başlayacaq təlimlər üç gün ərzində Britaniya Standartlar İnstitutunun mütəxəssisinin iştirakı ilə keçiriləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib ki, təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılar İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi üzrə daxili auditor biliklərinə yiyələnmələri haqqında Britaniya Standartlar İnstitutunun (BSİ) rəsmi sertifikatı ilə təltif olunacaqlar.
Komitədən qeyd edilib ki, İSO 50001 beynəlxalq standartı enerji idarəetmə sisteminin qurulması, tətbiqi, müşayət edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri təyin edən, müəssisə üçün enerji sisteminin, enerji effektivliyinin, enerji təhlükəsizliyinin, enerji sərfiyyatının davamlı təkmilləşdirilməsinə imkan yaradan sistemli yanaşmadır. Həmçinin bu yeganə standartdır ki, müəssisəyə qısa müddət ərzində enerji effektivliyinə nail olmağa və maddi qənaəti əldə etməyə imkan yaradır.
Təlimlərdə iştirak etmək istəyənlər özləri haqqında məlumatları 17 yanvar 2014-cü il tarixinədək Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (Əlaqələndirici şəxslər: Emil Hümbətov, tel: 012 566-71-06, mob: 055 2509599, e-mail:emil.humbatov20@gmail.com; Fariz Vəkilov, tel: 012 566-71-06, mob: 055 7755077, e-mail: f.vakilov@azstand.gov.az) təqdim edə bilərlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL