waplog

“Oracle” şirkəti “Java 8”-in təchizatına mart ayında başlayacaq


“Oracle” şirkəti “Java Development Kit 8”-in təchizatına martın 18-dən başlayacaq, baxmayaraq ki, o vaxtadək məhsulda aşkar edilmiş səhvlər və çatışmazlıqlar düzəldilməyəcək.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Java” tərəfindən yayılmış məlumatda bildirilir ki, “Oracle JDK 8” məhsulu “Java Platform Standard Edition 8”-ə əsaslanacaq və hər iki məhsul mart ayında təqdim ediləcək. Bu arada, “Oracle” şirkəti qəbul edir ki, qeyd edilən vaxtadək məhsulda ən mühüm çatışmazlıqlar ləğv ediləcək.

Təhlükəsizlik və məhsulun funksionalı ilə bağlı olmayan digər məqamlar işçi qaydada düzəldiləcək. “Oracle” şirkətinin “JDK8” tərtibatçılarından biri Matias Akselsson bildirib ki, martın 18-dək məhsullar “baq”lardan demək olar ki, azad ediləcəklər, buna görə də mühüm əhəmiyyət daşımayan sistemlərdə səkkizinci versiyanı çəkinmədən istifadə etmək olar.

Yaxın zamanda tərtibatçılar bir sıra texnologiyaları “Java 8”-də tətbiq edəcəklər və yanvarın 23-dək, məhsulun RC-versiyası buraxılanadək bu işlər başa çatacaq.
Qeyd edək ki, “Java” öncə də bazara “baq”larla buraxılıb. “Java SE 7” 2011-ci ildə kompilyatorunda problemlərlə buraxılıb, bundan başqa buraxılışdan sonra müştəri təhlükəsizliyi ilə bağlı çoxsaylı  problemlər aşkar edilib.
 
Bundan başqa, bu gün axşam “Oracle” rüblük düzəliş buraxır, burada, digərlərlə yanaşı, “Java SE 7” üçün 36 düzəliş təqdim ediləcək.

Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL