Ötən il MHA-da 13 müəllifin 21 əsəri elektron qaydada qeydiyyatdan keçirilib
2013-cü ildə Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən müəlliflərə elektron xidmət göstərilib, 21 müəllifin müraciətinə baxılıb, 13 müəllifin 21 əsəri elektron qaydada qeydiyyatdan keçirilib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə agentliyin 2013-cü il üzrə fəaliyyəti barədə qısa icmalında deyilir.
İcmalda həmçinin qeyd edilir ki, MHA-nın "www.copag.gov.az" saytı 2013-cü ildə yeni tələblərə uyğun təkmilləşdirilib, saytın dizaynı yenilənib, materiallar növlərinə görə müvafiq bölmələrdə yerləşdirilib. Eyni zamanda, saytda elektron xidmətlər göstərilməsi üçün "Elektron xidmət" bölməsi və bu bölmədə istifadəçilər üçün məlumat bazaları olan idarəetmə paneli yaradılıb, fiziki və hüquqi şəxslərin onlayn müraciəti və müraciətlərin elektron poçt vasitəsilə cavablandırılması, eləcə də sənədlərin daxili elektron dövriyyəsi, əsərlərin qeydiyyatına görə onlayn ödəniş sistemi təmin edilib.
Bundan əlavə, agentlik Elektron Hökumətin Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulub.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL