“Intel” yeni “Fab 42” zavodunun açılış vaxtını təxirə salıb
“Intel” korporasiyası fərdi kompüterlər üçün mikroprosessorlara tələbat azalması fonunda Arizona ştatında yeni zavodunun açılmasını təxirə salıb.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, məhz fərdi kompüterlər üçün çiplər “Intel” üçün əsas gəlir mənbəyi olaraq qalır.
“Intel Fab 42” adlanan Çendlerdə yeni zavod hələ ki, tam istehsal avadanlığı ilə təchiz edilməyib.
“Intel”in mətbuat katibi Çak Malloy onu da bildirib ki, şirkət öncə avadanlıqlarını artıq fəaliyyət göstərən üç zavodunda yeniləməyə başlayıb, çünki onlar mövcud avadanlıqları istifadə etməyi davam edə bilərlər.
Xatırladaq ki, “Intel” Arizona və Nyu-Meksika Amerika ştatlarında, həmçinin İrlandiya və İsraildə istehsal güclərinə malikdir. Bütün bu meydançalarda istehsal edilən əsas məhsul fərdi kompüterlər üçün prosessorlardır.
“IDC”-nin məlumatlarına əsasən, 2013-cü ildə dünya bazarına yeni fərdi kompüterlərin təchizatı 10% azalıb, bu arada builki azalmanın davam edəcəyi və 3,8% təşkil edəcəyi gözlənilir.
Malloy bildirib ki, “Fab 42”-nin açılış vaxtının təxirə salınması “Intel”in 2013-cü ildəki ümumi məhsul buraxılışına təsir göstərməyəcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL