waplog

“Thunderbolt 2” kabellərinin uzunluğu ilə qiyməti arasında kəskin fərq var


“Apple” istehsalı olan kompüterlərdə periferiya qurğularını “Thunderbolt 2” portuna qoşmağa icazə verən optik kabellər uzun olur və qiyməti də bahadır. Məsələn, bu yaxınlarda “Other World Computing” şirkəti kompüterdən 4K təsvir ölçülü videoaxını müvafiq təsvir ölçülü televizorda göstərməyə icazə verən 30 metrlik “Thunderbolt 2” kabelini 899 dollara satışa çıxarıb.

Öz növbəsində, “Corning” şirkəti 61 metr uzunluğunda müvafiq kabel təqdim edib. Müqayisə üçün qeyd edək ki, 10 metr uzunluğunda “OWC” kabeli 319 dollara təklif edilir.
 
Xatırladaq ki, “Thunderbolt 2” kabeli məlumatları 20 Qbit/s sürətində ötürməyə icazə verir. “Thunderbolt” kabelləri həm optik, həm də mis ola bilər, lakin böyük məsafələrdə birinci daha yüksək ötürmə sürətini təmin edir. Mis kabellərin üstünlüyü elektrik enerjisini ötürmək və aşağı qiymət imkanıdır. Məsələn, 3 metrlik “Accel” mis kabeli 45 dollardır.
 
“ICTnews” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, “Intel” korporasiyası “Thunderbolt” kabelinin 50 Qbit/s-dək keçirtmə qabiliyyətini dəstəkləyən yeni variantları hazırlayır. “Thunderbolt” texnologiyası “PCI-Express” və “DisplayPort” protokollarını dəstəkləyir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL