waplog

Beynəlxalq praktikada ilk dəfə Azərbaycanda tətbiq edilən avtomatlaşdırılmış pensiya təyinatı sistemi vaxt itkisinin qarşısını alıb



11 yanvar 2014-cü il tarixə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 1 197 nəfərə avtomatlaşdırılmış qaydada vahid mərkəzdən pensiya təyin olunub. Hazıradək bu sistem vasitəsilə təyinat aparılan şəxslərin 299 nəfəri Bakı şəhərində, 898 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.
 
 
Fonddan qeyd edilib ki, pensiya təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib. Eyni zamanda, vətəndaşa müvafiq məlumatlar çap olunaraq üzərində onun şəkli də olan rəsmi bildiriş göndərilib.
 
 
Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına ötən ilin 11 iyul tarixindən etibarən başlanılıb. Yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş “190-0 Cağrı Mərkəzi”nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. 
 
Bu islahat tədbiri sistemdə  şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına səbəb olub.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL