waplog

İngilis dili müəllimlərinin informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək


Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Microsoft" Korporasiyası, "Mədəd Azərbaycan" və "British Council" "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası" üzrə birgə layihə üçün əməkdaşlıq anlaşması imzalayıb.

"Mədəd Azərbaycan" təşkilatında Proqram üzrə məsul şəxs İradə Hüseynovanın sözlərinə görə, layihə çərçivəsində seçiləcək 300-ə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq, beynəlxalq sertifikasiya həyata keçiriləcək və müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək.
 
 
Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək.
 
"Microsoft" layihə iştirakçılarını "Microsoft Texnologiyalarla Tədris" məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün "Office365" mühitinin yaradılmasına dəstək göstərəcək. "British Council" Cambridge ESOL "TKT Essentials Test"-nə (Tədris Bilik və Bacarıqları üzrə İmtahan) hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək.
 
 "Mədəd Azərbaycan" bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək. Layihə çərçivəsində nəzərdə tutulan bütün təlimlər "Mədəd" təşkilatı tərəfindən keçiriləcək. Təşkilat həmçinin layihə iştirakçılarını onlayn ünsiyyət və əməkdaşlıq alətlərinə çıxışla təmin edəcək, sertifikasiyanın koordinasiya və idarə olunmasını dəstəkləyəcək. "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası"  layihəsi birillik layihədir və 2014-cü ilin yanvar ayından etibarən icra olunacaq.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL