Azərbaycanlı investorların nəzərinə: Belarusa məxsus “MTS” MMC-nin səhm paketinin 51%-lik hissəsi satılır
Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edərək, Belarus Respublikasının mülkiyyətində və “Beltelekom” unitar müəssisəsinin idarəçiliyində olan “MTS” Məhdud Məsuliyyətli Cəmiyyətinin səhm paketinin 51 %-lik hissənin satışının həyata keçirilməsi üçün investor seçimi ilə bağlı Belarus Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən müsabiqə elan edildiyi barədə məlumat verib.
Belarus Respublikasının mobil rabitə sahəsində ən böyük və perspektivli müəssisənin səhm paketinin hissəsinin satışı ilə bağlı kommersiya təklifinin Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkətlər və digər fərdi investorlar üçün maraqlı ola biləcəyini nəzərə alaraq bildiririk ki, müsabiqə 6 fevral 2014-cü il tarixində Minsk şəhərində keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlərə Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən hər cür köməklik göstəriləcək.
Müsabiqədə iştirakla bağlı Belarus Respublikasının Dövlət Əmlak Komitəsinin “http://www.gki.gov.by” internet səhifəsində əlavə məlumat əldə etmək olar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL