“Digitimes Research”: “Apple” 2014-cü ildə “Samsung”u üstələyəcək”
“Digitimes Research” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2014-cü ildə dünya bazarında smartfonların tədarük həcmi 1,24 milyarda çatacaq. Şirkət analitiklərinin proqnozuna görə, nəhəng istehsalçılar onluğuna “Samsung Electronics”, “Apple”, “LG Electronics”, “Sony Mobile Communications”, “Lenovo”, “Huawei”, “Microsoft”, “ZTE”, “Coolpad” və “TCL” şirkətləri daxil olacaq.
“Digitimes Research” nümayəndələri hesab edirlər ki, “Apple” Yaponiya və Çində tələbatın artması sayəsində smartfonların tədarükünü iki dəfə artıracaq. Cari ildə şirkət hər iki ölkədə satışı artırmaq üçün yerli telekommunikasiya operatorları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Digər proqnoza görə, Cənubi Koreyanın “Samsung” şirkətinin satış həcmində artım cüzi olacaq. Ekspertlərin fikrincə, Cənubi Koreya istehsalçısının smartfonlarının ABŞ, Yaponiya və Çində satışı “iPhone” modellərinin sürətlə artan populyarlığı ilə aşağı düşəcək.
“Lenovo”, “Huawei” və “Coolpad” şirkətləri Çində güclü mövqelərini qorumağa çalışacaq, eləcə də digər regionlarda inkişaf üçün daha çox səy göstərəcək, “TCL” və “ZTE” şirkətləri diqqətlərini daha çox beynəlxalq bazara yönəltməklə smartfonlarının 50 faizini Çində satacaq.
Xatırladaq ki, ötən ilin sonunda "Apple” və “Samsung” arasında yeni patent mübahisəsində növbəti mərhələ başlayıb. Cari ildə smartfonlar bazarında şirkətlərin uğurunun bu mübahisənin nəticəsindən asılı olacağı güman edilir, - "3DNews www.3dnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL