waplog

“Intel Inside” “bulud” əsrinə keçir



“Intel Inside” ticarət markası istifadəçilərə onların kompüterinin “Intel” prosessoru əsasında işlədiyini deyir, lakin hazırda dünya səviyyəli çipmeyker “bulud” şirkətləri ilə əməkdaşlıq edir.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Intel” bildirib ki, artıq dünya üzrə onlarla servis provayderlər onlarda “Powered by Intel Cloud Technology” virtual maşınlar işləyir.

“Intel”də deyirlər ki, bu cür yanaşma sadə marketinq fəndi deyil, bu, yeni proqramdır, hansı ki, “bulud” provayderlərindən onların avadanlıqlarının yalnız “Intel” prosessorları əsasında yaradılmasını deyil, həmçinin şəbəkə və şəbəkə qoşulması üzrə bir sıra meyarlara cavab verməsini tələb edir. “Intel”in fikrincə, müştərilərə bu, ən optimal və qiymət nöqteyi-nəzərindən əlverişli həll seçməyə kömək edəcək.

Hazırda bu proqramda “Amazon”, “Savvis”, “Rackspace”, həmçinin “Expedient”, “Virtustream”, “OVH”, “Selectel”, “Cloud4com”, “Canopy”, “UOL Host”, “LocaWeb”, “KIO Networks”, “NxtGen” və “KT” şirkətləri kimi iri hosterlər iştirak edir. Görünür ki, bu proqramda “bulud” həllərinin “Google” və ya “Microsoft” kimi brend təchizatçıları yoxdur.
 
Digər tərəfdən, “Amazon” kimi hosterlər başqa siyasət seçiblər, şirkət onun “bulud”u hansı həllər üzərində işlədiyini bildirir. “Intel”də deyirlər ki, bir sıra digər xırda “bulud” hosterləri  üçün “Powered by Intel Cloud Technology” kimi həllin mövcudluğu müştəri nəzərində keyfiyyət nişanı ola bilər.
 
“Intel”də bildiriblər ki, bu texnologiyanın mövcudluğu, hosterin “bulud” serverlərinin, avadanlıqların məhsuldarlığını artıran “Turbo Boost” və ya “Advanced Vector Extensions” kimi bir sıra faydalı müasir texnologiyalardan istifadə etdiyinin göstəricisidir. Bu arada,  proqram serverinin konkret modelinin və ya istifadə edilən əməliyyat yaddaşının açılmasını nəzərdə tutmur.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL