“Caspel” şirkəti “Azərbaycan meliorasiya və su təsərrüfatı” ASC-nin problemlərini həll edib
"Caspel" şirkəti "Azərbaycan meliorasiya və su təsərrüfatı" ASC-nin avtomatlaşdırılması üzrə layihəni başa çatdırıb.
"Caspel"dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Azərbaycan meliorasiya və su təsərrüfatı" ASC-nin Araz çayının yaxınlığındakı bənddə və suvarma sistemində suyun səviyyəsinin avtomatik nizamlanması problemini həll edib.
"İran tərəfindən Araz çayındakı suyun səviyyəsinin nizamlanması işi avtomatik rejimdə həyata keçirilirsə, Azərbaycan tərəfindəki şlüz qapılarının işləməsində tam fərqli bir səhnə açılır. Belə ki, burada növbə ilə (sutka ərzində 4 növbə) su nizamlayıcılarının bütöv bir komandası var gücü ilə çalışır. Bu səbəbdən də şlüz qapılarını işə salan mühərriklərin hər hansı bir nasazlığı ucbatından yaranan problemin həlli bir ağır yük kimi bu zəhmətkeşlərin üzərinə düşür",- deyə şirkətdə bildiriblər.
Bu yaranmış çətinliklə əlaqədar olaraq "CASPEL" şirkətinin mütəxəssisləri köhnəlmiş mühərriklərin, güc kabellərinin yenilənməsini və güc kontaktorları üçün hermetik şkafların quraşdırılmasını həyata keçiriblər, şlüz qapılarının vəziyyətinin müşahidə edilməsi zərurətindən irəli gələrək bütün şlüz qapılarına müxtəlif ölçü və məlumat cihazlarını quraşdırıblar və onların bütün göstəricilərini mərkəzi sistem nəzarətçisinə birləşdiriblər.
Eyni zamanda şirkət bütün bunlarla bərabər, personalın yerləşəcəyi dispetçer otağını, burada yerləşəcək heyət sistemin çalışmasının kameralar vasitəsilə müşahidəsini, işçi heyətin öyrədilməsini təmin edib.
Bütün bu quraşdırılmış avadanlıqlar su bəndində xidmət göstərən personalın əməyini əhəmiyyətli dərəcədə yüngülləşdirib və insan amilinin bəndin işinə təsirini azaldıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL