BDU alimlərinin ABŞ-da nanotexnologiya ilə bağlı kitabı çap edilib
Son zamanlar Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqamətlərindən biri sayılan nanotexnologiya sahəsində uğurlu elmi tədqiqat işləri aparılır. Bu fundamental elmi tədqiqat işlərinin nəticələri dünyanın bir sıra nüfuzlu jurnallarında, “Tomson Reyter” agentliyinin siyahısına daxil olunan yüksək “İmpact Factorlu” jurnallarında dərc edilir.
Bu işlər inkişaf etmiş ölkələrin nanotexnologiya istiqamətində işləyən elmi tədqiqat institutları ilə beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilir.
Təsadüfi deyildir ki, BDU-nun alimlərinin akademik Abel Məhərrəmovun, professor Məhəmmədəli Ramazanovun və BDU-nun keçmiş doktorantı, kimya üzrə fəlsəfə doktoru Məhəmməd Rza Saboktakinin həmmüəllif olduğu "Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri" adlı monoqrafiyası ABŞ-ın Nyu-York şəhərindəki "Nova Publişer" nəşriyyatında çapdan çıxıb.
Bu barədə BDU-nun mətbuat xidmətindən “ICTnews.az”a verilən məlumata görə, sözügedən kitabın redaktoru Türkiyənin Hacettepe Universitetinin kimya fakültəsinin Polimerlərin tədqiqi və radiasiyası laboratoriyasının müdiri, professor Olgun Guvendir. Kitab 10 fəsildən ibarətdir. Monoqrafiyada polimer əsaslı nanokompozitlərin xassələrinin variasiyası və tətbiqləri, kompozitlərin növləri, xassələrin nanohissəciklərin ölçülərindən asılı olaraq dəyişməsi, xərçəng şişinin müalicəsində maqnit nanohissəciklərinin istifadə imkanları və konkret tətbiqləri, bioloji və tibbi nanohissəciklər, fotodinamik müalicə üçün nanohissəciklərin alınması və istifadəsi kimi mühüm elmi araşdırmalar verilib.
Monoqrafiya nanotexnologiya istiqamətində çalışan tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL