waplog

Azərbaycan qanunlarına dair mövzular müasir İT-nin tətbiqi ilə yerli statistika orqanlarına göndərilir



Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydaları və prinsiplərinin, onlara əməl edilməsi məsələlərinin öyrənilməsi sahəsində daha səmərəli tədbirlərin həyata keçirilməsi 2013-cü ildə də davam etdirilib.

Komitədən verilən məlumata görə, işçilərin maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarına dair mövzular müasir informasiya texnologiyaları tətbiq etməklə yerli statistika orqanlarına göndərilib və onların cavablandırılması təmin edilib.

Eyni zamanda, Dövlət Statistika Komitəsinin və onun vəzifəli şəxslərinin fəaliyyətində qanuniliyin və şəffaflığın artırılması, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi, korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə Dövlət Statistika Komitəsinin internet səhifəsində etik məsələlər üzrə xüsusi bölmə yaradılıb.

Bununla yanaşı, etik davranış məsələləri üzrə maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirlərinin ictimaiyyətə açıqlanması məqsədilə məlumatlar komitənin “www.stat.gov.az” veb-səhifəsinin xəbərlər bölməsində yerləşdirilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL