Azərbaycan əqli mülkiyyət institutlarının səviyyəsinə görə MDB-də liderdir
Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün hesabatına əsasən, bilavasitə əqli mülkiyyət institutlarının səviyyəsinə görə Azərbaycan dünya ölkələri arasında 69-cu yeri tutaraq MDB məkanında şəksiz liderdir: ölkəmiz Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə üstələyir.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Müəllif Hüquqları Agentliyinin 2013-cü il üzrə fəaliyyəti barədə qısa icmalda deyilir.
İcmalda həmçinin məlumat verilir ki, Azərbaycan bu göstərici üzrə Şərqi Avropanın əksər dövlətlərindən, o cümlədən Polşa (72 yer), Çernoqoriya (76), Xorvatiya (81), Bolqarıstan (104), Rumıniya (110), Albaniya (114), Serbiya (115), Bosniya və Herseqovinadan (135) irəlidədir. 3,7-yə bərabər olan bu göstəriciyə əsasən Azərbaycan inkişaf etmiş ölkələrdən İtaliya və Yunanıstandan geri qalmır və güclü inkişafda olan Hindistanı və Braziliyanı üstələyir.
Digər komponentlərlə yanaşı, əqli mülkiyyətin qorunmasını dolayısı yolla əks etdirən innovasiyalar göstəricisinə görə də Azərbaycan 51-ci yeri tutaraq MDB dövlətləri arasında birinci yeri tutur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL