“IBM” “bulud” servislərinə 1,2 milyard dollar investisiya yatıracaq
Dünyanın nəhəng kompüter və proqram təminatçısı “International Business Machines” (IBM) şirkəti beş qitədə yeni məlumat emalı mərkəzlərinin tikintisinə 1,2 milyard dollar məbləğində sərmayə qoymaq niyyətindədir. Mərkəzlər Vaşinqton, London, Honkonq, Toronto, Mexiko və Dallasda, eləcə də Yaponiya və Hindistanın şəhərlərində inşa olunacaq. Bundan başqa, şirkət 2015-ci ildə “bulud” texnologiyaları ilə bağlı investisiya fəaliyyətini Yaxın Şərq və Afrikaya genişləndirməyi planlaşdırır.
ABŞ istehsalçısı nümayəndələrinin sözlərinə görə, məlumat emalı mərkəzlərinin sayının 40-a çatdırılması, “IBM SoftLayer” “bulud” infrastrukturunun tutumunun iki dəfə artırılması nəzərdə tutulur.
2013-cü ilin iyununda ABŞ şirkəti “bulud” həllərində ixtisaslaşan “SoftLayer Technologies” şirkətini satın alıb. Qeyri-rəsmi məlumatlara görə, “IBM” bu alışa 2 milyard dollar vəsait xərcləyib, halbuki şirkət 2012-ci ildə 335 milyon dollar mənfəət əldə edib.
Bu saziş qüvvəyə mindikdən sonra “IBM” 2400 yeni müştəri cəlb etməyə nail olub. Şirkət yeni məlumat emalı mərkəzlərini hazırda mövcud olanlarla vahid şəbəkədə birləşdirmək niyyətindədir.
“IBM” 2020-ci ilədək dünya “bulud” məhsulları bazarının həcmini 200 milyard dollar dəyərində qiymətləndirir. Şirkət 2 ildən sonra bu biznesdə ildə təxminən 7 milyard dollar qazanmağı düşünür. 2013-cü ilin üçüncü rübündə “IBM”-in “bulud” məhsullar və servislərin satışından əldə etdiyi mədaxili 1 milyard dollara yaxın olub, - “DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL