2013-cü ildə “Ultra HD” televizor panellərinin tədarükü 3 milyon ədədi ötüb
Bazar mütəxəssislərinin qiymətləndirməsinə görə, “Ultra HD” (4K) yüksək təsvir ölçüsünə malik televizorların tədarük həcmi 2013-cü ildə təxminən 3,1 milyon ədəd təşkil edib.
Bu formatlı panellərin nəhəng istehsalçısı qlobal bazarın 60 faizinə sahib çıxan “Innolux” şirkəti olub. Sonrakı yerləri “China Star Optoelectronics Technology” (CSOT) və “AU Optronics” (AUO) şirkətləri tutub.
2013-cü ilin son rübündə “4K” formatlı televizorların tədarükü ilin üçüncü rübü ilə müqayisədə 14 faiz artaraq 1,34 milyon ədədə çatıb. Bununla yanaşı, “Ultra HD” panellərinin televizorlar bazarına nüfuzetmə səviyyəsi 1,3 faizədək yüksəlib.
Ötən il “4K” panelləri əsasən 39, 50, 55, 58 və 65 düym diaqonallı televizorlardan ibarət olub.
Qeyd edək ki, bu yaxınlarda Los-Ancelesdə keçirilən “CES 2014” sərgisində “Ultra HD” standartlı çoxlu televizorlar (məsələn, 105 düym diaqonallı bükük 4K panellər) nümayiş edilib.
Analitiklərin proqnozlarına görə, 2014-cü ildə “Ultra HD” televizorlarının tədarükü 20 milyon ədədə çata bilər. Bütün formatlı maye-kristal televizor panellərinin ümumi sayının 213 milyon ədəd təşkil edəcəyini nəzərə alaraq “4K” standartlı panellərin bazarın ümumi həcmində payı 10 faizdən çox ola bilər, - "3DNews www.3dnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL