“Samsung” 28 düym diaqonallı “UHD” monitor buraxıb
“Samsung Electronics” şirkəti 28 düym diaqonallı “UHD” monitor istehsal edib.
“Samsung U28D590” modelinin fərqləndirici cəhəti ekranın “Full HD” formatını dörd dəfə üstələyən “4К” (3840х2160) piksel təsvir ölçüsü ilə təchiz olunmasındadır. Bunun sayəsində təsvirin xırda detallarını real şəkildə ötürməyə imkan verən yüksəkkeyfiyyətli təsvir əldə edilir, eləcə də təbii rəng çalarlarının ötürülməsi 1 milyard rəngin canlandırılması sayəsində mümkün olur.
Qurğu istifadəçiyə 2 “HDMI” çıxışı və 1 “Display Port” (DP) interfeys çıxışı sayəsində audio və video qurğulara qoşulmaq üçün geniş imkanlar açır. 3840х2160 təsvir ölçüsündə kadrın takt tezliyi “DisplayPort” interfeysinə qoşulmaq şərtilə 60, "HDMI” çıxışı üzrə 30 giqahers təşkil edəcək.
“Samsung U28D590” modelinin digər fərqləndirici cəhətləri arasında təsviri “FullHD” (1920х1080) daxil olmaqla orijinal formatda göstərməyə imkan verən “PIP 2.0” funksiyasını (Təsvir içində təsvir) qeyd etmək olar. Bundan başqa, aşağı səviyyəli təsvir nümayiş olunan zaman “UHD upscale” funksiyası dəqiqliyi və keyfiyyəti maksimal “4K” (3840х2160) təsvir ölçüsünədək yaxşılaşdırmağa imkan verəcək. Monitora eyni anda iki fərdi kompüter qoşmaq və keyfiyyət itkisinə yol vermədən hər iki qurğudan (1920х2160 təsvir ölçüsündə) kontenti göstərmək mümkündür.
“Samsung U28D590” modelinin 2014-cü ilin martında satışa çıxarılması gözlənilir, - "CNews www.3news.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL