waplog

Azərbaycan Əfqanıstanda “elektron hökumət”in yaradılması layihəsinə böyük töhfə verib


2013-cü ildə Azərbaycan Respublikası tərəfindən Əfqanıstanda “elektron hökumət”in yaradılması layihəsinə böyük töhfə verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin 2013-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilir.
 
 
 XİN-dən qeyd ediblər ki, ötən ildə də Azərbaycanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərini suverenliyimizin, ərazi bütövlüyümüzün və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi və qorunması, ölkənin davamlı inkişafı üçün əlverişli xarici mühitin yaradılması, diplomatik vasitələrlə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, müasir dövrün çağırışlarının çevik və effektiv şəkildə cavablandırılması, dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması və beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin dünya miqyasında tanıdılması, xaricdə yaşayan həmvətənlərlə əlaqələr və sairə təşkil edib.
 
 
Hesabat müəllifləri qeyd edir ki, il ərzində Xarici İşlər Nazirliyi tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət olub.
 
 
Vətəndaşlarımızın xarici ölkələrə səfərlərinin asanlaşdırılması və konsulluq sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində aparılmış iş nəticəsində il ərzində bir sıra ölkələrlə diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi, Avropa İttifaqı ilə isə viza sadələşdirilməsi haqqında sazişlər imzalanıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL