waplog

2018-ci ilədək fabletlərin qlobal tədarük həcmi 120 milyon təşkil edəcək


“Juniper Research” analitik şirkətinin hesabatına əsasən, 2018-ci ilədək fabletlərin qlobal tədarük həcmi 120 milyona çatacaq ki, bu da 2013-cü illə müqayisədə 6 dəfə çoxdur.
 
“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, şirkətin analitiklərinin proqnozlarına görə, 2013-cü ildə fabletlərin ümumi tədarük həcmi 20 milyon səviyyəsində gözlənilir. Asiya regionunda, hər şeydən əvvəl, Cənubi Koreyada və Çində sözügedən qurğulara yüksək tələbat yaxın bir neçə ildə tədarük həcminin artmasında əsas artım amili olacaq.
 
“Juniper Research”in araşdırmasına əsasən, fabletlər bazarı həm ucuz modellər, həm də bahalı qurğular hesabına artacaq. Əməliyyat sistemləri üzrə “Android” və “Windows Phone” əsas “oyunçular” olacaq, lakin “Apple” böyük ekranlı smartfon təqdim etsə, bazarda vəziyyət qəti şəkildə dəyişə bilər.
 
“Juniper Research” şirkətinin standartlarına görə, fabletlər kateqoriyasına 5,6 düym diaqonaldan böyük ekranlı qurğular aid edilir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL