waplog

Kanadada “Bitcoin” bankomatlar quraşdırılacaq



Bankomat şəbəkəsi operatorları Kanada Mərkəzi Bankının (Bank of Canada) “Bitcoin” virtual valyutasını qanuni ödəniş vasitəsi kimi qəbul etməməsinə baxmayaraq bütün ölkə ərazisində “Bitcoin” bankomatlar quraşdırmağı planlaşdırır.
 
Monreal bankomatlar şəbəkəsinin idarəedicisi Fadi Azusun sözlərinə görə, 24 yanvar 2014-cü il tarixində “Bitcoin” bankomat Monrealda virtual valyuta haqqında informasiya təqdim edən “Bitcoin Embassy” qeyri-kommersiya təşkilatının ərazisində quraşdırılacaq. “Bitcoin” bankomat hər uğurla yerinə yetirilən əməliyyata görə 5 faizlik komissiya tutacaq. 
 
F.Azus həmçinin əlavə edib ki, bu il onun təmsil etdiyi “Vx5 Technologies” şirkəti Livan, Filippin, Macarıstan və Venesuela daxil olmaqla səkkiz ölkədə “Bitcoin” bankomatlar quraşdırmağı nəzərdə tutur.  
 
Paytaxt Ottavada “BIT-Capital” şirkəti tərəfindən idarə olunacaq “Bitaccess” korporasiyasının istehsalı olan bankomatlar quraşdırılacaq. Qeyd etmək lazımdır ki, yanvarın 17-də "BIT-Capital” yerli “Clocktower Brew Pub” mağazasında ilk “Bitcoin” bankomat quraşdırıb.
 
Kanadanın ticarət mərkəzi hesab edilən Toronto şəhərində də “Bitaccess” korporasiyasının istehsalı olan bankomatların quraşdırılacağı gözlənilir.
Xatırladaq ki, Kanadada ilk “Bitcoin” bankomat 2013-cü ilin oktyabrında Vankuver kafelərinin birində fəaliyyətə başlayıb.
 
Bununla yanaşı, Cənubi Amerikada da tezliklə ilk “Bitcoin” bankomatın quraşdırılacağı bildirilir.   
 
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - "IT Expert www.itexpert.org.ua” yazır.   
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL