Bill Qeyts imtina etdi
“Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts “Bloomberg TV”-yə müsahibəsində proqram nəhənginə baş direktor vəzifəsinə qayıtmaqla bağlı fərziyyələri birdəfəlik alt-üst edib. Onun sözlərinə görə, yalnız xeyriyyəçiliklə məşğul olmaq niyyətindədir. Qeyts, həmçinin deyib ki, “Microsoft”un direktorlar şurasında qalacaq və yeni baş direktor seçimində kömək edəcək.
“ICTnews” elektron xəbər xidməti “cybersecuritu.ru” saytına istinadən bildirir ki, o, “Bloomberg” telekanalına müsahibəsində korporasiyanın yeni baş direktorunun seçilməsi müddətini bildirməyib. Xatırladaq ki, Stiv Ballmer 2013-cü ilin avqustunda istefaya gedəcəyini səsləndirib. Bill Qeyts deyib ki, “Microsoft”un yeni baş direktoru dərin texniki ekspertizaya və yaxşı təşkilatçılıq bacarığına malik olmalıdır.
"Direktorlar şurası hazırda CEO seçimi ilə məşğuldur. Lakin həyatımın çox hissəsini artıq Bill və Melinda Qeyts fonduna həsr edirəm. Mən “Microsoft”un direktorlar şurasında yer alıram, lakin orada yarımştat işləyirəm. Ömrümün sonuna kimi belə olacağını planlaşdırıram" – Qeyts deyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL