waplog

Dünyada informasiya təhlükəsizliyi sahəsində təxminən 1 milyon ixtisaslı mütəxəssis çatışmır


“Cisco” şirkətinin informasiya təhlükəsizliyi üzrə illik hesabatında deyilir ki, son 13 ildə istifadəçilərin kompüter sistemlərinə, proqramlara və şəxsi şəbəkələrə etibarına hesablanmış təhlükələr və boşluqlar rekord səviyyəyə çatıb.

Hesabata əsasən, dünyada informasiya təhlükəsizliyi sahəsində təxminən 1 milyon ixtisaslı mütəxəssis çatışmır ki, bu da şəbəkələrin monitorinqi və qorunmasına mənfi təsir göstərir.
Həm özəl, həm də dövlət sektorunda zərərçəkmişə dəymiş iqtisadi zərər və nüfuzuna xələl gətirən yaxşı maliyyələşdirilmiş mütəşəkkil kibertəhlükəsizlik əməliyyatları sadə hücumları əvəzləyib.

“Ağıllı” mobil qurğuların sayının sürətlə artması və “bulud” hesablamalarının populyarlığı hücumların imkanını xeyli genişləndirir. Yeni qurğular və infrastrukturun yaranması nəticəsində cinayətkarların qarşısında yeni hücum imkanları açılır.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2000-ci ilin mayından etibarən təhdid və boşluqların ümumi səviyyəsi maksimum təşkil edib. 2013-cü ilin oktyabrına olan məlumata görə,  həyəcan siqnallarının ümumi sayı illik hesablama üzrə 14% artıb.

Hesabata əsasən, dünyada informasiya təhlükəsizliyi sahəsində təxminən 1 milyon mütəxəssis çatışmır. Şəbəkə cinayətkarlarının metod və texnologiyalarının təkmilləşdirilməsi tempi İT və infotəhlükəsizlik sahəsində işləyən ekspertlərin imkanlarını qabaqlayıb. Təşkilatların əksəriyyəti şəbəkələrin daimi monitorinqi və təhlükələrin aşkar edilməsi üçün lazımi mütəxəssis və sistemlərə malik deyil.

Çoxməqsədli troyanlar internetdə ən çox yayılmış zərərli proqram təminatıdır: 2013-cü ildə aşkar edilmiş bütün zərərli proqram təminatının 27%-i onların payına düşüb. Zərərli skriptlərin (eksployt və iframes) payı 23% təşkil edib. Parolları ələ keçirən troyanlar və “backdoor” tipli proqramlar isə 22%-ə sahiblənib.
“Java” kibercinayətkarlar arasında ən populyar proqramlaşdırma dili olaraq qalır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL