waplog

Dövlət Statistika Komitəsinin keçirdiyi elektron sorğunun nəticələri bəlli olub


Statistik hesabatların təqdim edilməsi sahəsində sahibkarlıq subyektləri ilə qarşılıqlı münasibətlərin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə Dövlət Statistika Komitəsi sorğu keçirib. Komitədən verilən məlumata görə, 7 sualdan ibarət “Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Dövlət Statistika Komitəsi arasında qarşılıqlı münasibətlərə dair” elektron sorğu vərəqi komitənin veb səhifəsində yerləşdirilib və könüllülük prinsipi əsasında sahibkarlıq subyektləri tərəfindən suallar cavablandırılıb.
 
 
Sorğuda 400-dən çox sahibkar iştirak edib. Sorğunun nəticələrinə görə sahibkarların 70,7 faizi Dövlət Statistika Komitəsi və onun yerli orqanları ilə qarşılıqlı münasibətlərin onları qane etdiyini, 16,2 faizi qismən qane etdiyini, 13,2 faizi isə qane etmədiyini bildirib.
 
 
Respondentlərin 89,0 faizi Dövlət Statistika Komitəsinin elektron xidmətlərindən istifadə etdiyini, 11,0 faizi isə etmədiyini qeyd edib. “Veb səhifədən istifadə etməklə hesabatların elektron şəkildə təqdim olunması işinizə necə təsir etmişdir?” sualına sahibkarların 74,0 faizi “yaxşı”, 6,0 faizi “qismən yaxşı”, 19,0 faizi “pis” təsir etdiyini bildirib, 1,0 faizi isə cavablandırmayıb.
 
 
Hesabatların elektron təqdimatı xidmətinin mövcud vəziyyətini qiymətləndirmək üçün verilmiş “Hesabatların onlayn rejimində təqdim edilməsi zamanı problemlərlə qarşılaşırsınızmı?” sualına respondentlərin 23,0 faizi “bəli”, 29,0 faizi “xeyr”, 46,0 faizi “bəzi hallarda” cavabını verib, 2,0 faizi isə sualı cavabsız buraxıb.
 
 
“Dövlət statistika orqanlarının daha hansı xidmətlərinin elektron formaya keçirilməsini istəyərdiniz?” sualına respondentlər “bütün hesabatların elektron formaya keçirilməsi”, “sahibkarlıqla bağlı bütün xidmətlərin”, “vakansiyaların”, “hər bir hesabatın hazırlanması haqqında elektron məlumatların”, ”2013-cü il üzrə rəqəmlərin saytda daha qısa zamanda əks olunması”, “müraciətlərin, məktubların göndərilməsi, işimizə aid maraqlandırılan sualların cavablandırılması”, “sığorta, bank sahələri üzrə məlumatlar”, “ölkəyə hansı məhsulun və hansı qiymətə daxil olduğu”, “məlumatların yoxlanması və vahid bazanın yaradılması”, “fiziki və hüquqi şəxslərin VÖEN-nə görə statistik kodunun tapılması”, “işləməyən müəssisələr ücün veb səhifəsində arayış formasının olması” və “onlayn ilkin qeydiyyatın təşkili” kimi məlumatların saytda yerləşdirilməsi haqqında öz təkliflərini veriblər.
Respondentlərin 58,0 faizi Dövlət Statistika Komitəsinin internet səhifəsindən lazım olan məlumatları əldə edə bildiklərini, 9,0 faizi qismən əldə edə bildiklərini, 31,0 faizi isə tampadıqlarını bildiriblər.
 
 
Qeyd edək ki, uçot vahidləri ilə münasibətlərin daha da inkişafı məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən müxtəlif istiqamətlər üzrə elektron sorğuların təşkil edilməsi işi davam etdiriləcək.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL