waplog

“Kingston” sərt disk istehsalını artırır


Dünyada stolüstü kompyuter, noutbuk və serverlər üçün yaddaş modullarının ən böyük istehsalçısı, Amerikanın “Kingston Technology” şirkəti 2011-ci ilin IV rübü ərzində hər ay 100 min sərt daşıyıcı istehsal etməyə hazırlaşır. İstehsalın indiki həcmi isə 70 min təşkil edir.
Korporativ sektor “Kingston” üçün SSD-disklərin satışlarından əldə olunan gəlirlərin əsas mənbəyidir.
“Kingston” nümayəndələri bildiriblər ki, sərt daşıyıcıların qiyməti yaxın gələcəkdə yaddaş çiplərinin istehsalı vaxtı istehsal proseslərinin yaxşılaşması hesabına əhəmiyyətli dərəcədə aşağı düşəcəkdir. İndi NAND Flash yaddaşının aparıcı istehsalçıları 20 nanometrlik sinfə keçməyi planlaşdırırlar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL