Bakıda Azərbaycan-Macarıstan Biznes Forumu çərçivəsində İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək
Bakıda yanvarın 27-də Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi cənab Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcək.
"AZPROMO"-dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, iqtisadiyyat və sənaye naziri cənab Şahin Mustafayevin iştirakı ilə keçiriləcək biznes foruma tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, tibbi texnologiyalar, əczaçılıq, turizm, qablaşdırma, maliyyə, alternativ enerji, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən 24 Macarıstan şirkətinin qatılacağı gözlənilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL