waplog

BDU-nun nanotexnologiya üzrə mütəxəssisi beynəlxalq müsabiqənin qalibi olub


Bakı Dövlət Universitetinin, "Nanomaterialların kimyəvi fizikası" kafedrasının müəllimi, böyük elmi işçi Flora Hacıyeva İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) maliyyələşdirdiyi dəyəri 10000$ məbləğində olan «The development of technology of formation quantum nanowires in polymer matrices» (Polimer matrislərdə kvant nanonaqillərinin alınma texnologiyasının işlənməsi) qrant layihəsinin qalibi olub.
 
Bu barədə "ICTnews.az"a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, sözügedən layihə çərşivəsində ağır ionlarla şüalandırılmış polimer materiallarda kvant naqillərin alınma texnologiyası işlənəcək və bu materiallar əsasında geniş spektral xassələr lüminessent materiallar hazırlanacaq. Həmçinin alınmış kvant nanoquruluşalrın polimerlərin üstmolekulyar quruluşunu dəyişməklə onların fiziki kimyəvi xassələrini dəyişmək olacaq.
 
 
Layihə çərşivəsində avadanlıqlar (sabit sahədə nanostrukturların elektrik xassələrinin öyrənilməsi üçün teraommetr) və təcrübi işlərin yerinə yetirilməsi üçün xüsusi kimyəvi preparatların alınması nəzərdə tutulur. Layihədən alınan elmi nəticələrin elmi məqalə şəklində müxtəlif xarici jurnallarda dərc olunması nəzərdə tutulur.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL