waplog

Azərbaycanla Türkiyə dövlət qulluğunun idarə edilməsində “elektron hökumət”in tətbiqini nəzərdə tutan sənəd imzalayıblar


Bu gün Bakıda “Azərbaycan Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası ilə Türkiyənin Dövlət Kadrlarının İdarə Edilməsi İdarəsi arasında 2014-2015-ci illərdə əməkdaşlıq üzrə fəaliyyət planı”nın imzalanma mərasimi keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sənəd “Azərbaycanla Türkiyə arasında dövlət qulluğunun idarə edilməsinin dəstəklənməsi və inkişafı sahələrində əməkdaşlıq haqda protokol” çərçivəsində imzalanıb.
 
Azərbaycan tərəfindən sənədi Azərbaycan prezidenti yanında dövlət qulluğu məsələləri üzrə dövlət komissiyasının sədri Bəhram Xəlilov, Türkiyə tərəfindən isə Dövlət kadrlarının idarə edilməsi idarəsinin rəhbəri Mehmet Əli Kumbuzoğlu imzalayıblar.
 
Fəaliyyət planı Azərbaycan və Türkiyə nümayəndələrinin qarşılıqlı işçi səfərlərin keçirilməsini nəzərdə tutur. Səfərlər çərçivəsində insan resurslarının idarə edilməsində yeni yanaşmalar, dövlət qulluqçularının peşəkar hazırlığı, rotasiya, etik davranışa nəzarət, dövlət qulluqçularının xidmət fəaliyyətinin qiymətləndirilməsi sistemlərinin istifadə edilməsi, dövlət qulluqçularının karyera artımına, dövlət qulluğunun idarə edilməsində “elektron hökumət”in tətbiqinə və s. vacib məsələlərə diqqət yetiriləcək.
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL