waplog

Roma Papası interneti Allahın hədiyyəsi adlandırıb


Roma Papası Fransisk interneti Allahın hədiyyəsi və əsl xeyirxahlıq təcəssümü adlandırıb. Papa Ümumdünya Sosial Kommunikasiya Günü münasibəti ilə kilsə dindarlarına müraciətdə bu bəyanatla çıxış edib.

"İnternet Allahın hədiyyəsidir. O, doğrudan da bizlərə insanların həmrəyliyi üçün hədsiz imkanlar yaradır" – dünən Vatikanın "news.va" xəbər portalında dərc edilmiş müraciətində qeyd olunub.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Papa Fransisk, həmçinin deyib ki, internetdə problemlər də var. Pontifikin sözlərinə görə, informasiyanın internetdə yayılma sürəti çox vaxt onun düzgün qiymətləndirilməsi və başa düşülməsində insan qabiliyyətini xeyli ötür. Bundan başqa, Papa deyib ki, internet çox vaxt problemlərdən yaxa qurtarmaq, özünü cəmiyyətdən təcrid etmək məqsədilə istifadə edilir. "Bununla belə, bütün bunlar sosial şəbəkələrdə ünsiyyət qurmaqdan və internetdə başqa kommunikasiya növlərindən imtinaya səbəb olmamalıdır" – pontifik yekunlaşdırıb.

Bundan əvvəl Fransiskin sələfi XVI Benedikt də sosial şəbəkə və internetin mövcudluğunu təqdir edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL