waplog

“Lenovo” şirkəti “IBM”-in server biznesinin bir hissəsini satın alıb



Çinin “Lenovo” şirkəti ABŞ-ın “IBM” korporasiyasının server biznesinin bir hissəsinin 2,3 milyard dollara satın alınması ilə bağlı razılıq əldə edib. Bu barədə “Wall Street Journal” nəşri məlumat verib.  
 
Bundan əvvəl Çin istehsalçısı “IBM”-in “Intel” və “AMD” şirkətlərinin istehsalı olan x86 arxitekturalı prosessorlar üçün serverlərin hazırlanması ilə məşğul olan bölməsinin satın alınması ilə bağlı danışıqlar aparıb.
 
Qeyd edək ki, “IBM” serverlər istehsal edir, eləcə də istifadəçilərə “bulud” və internet servisləri təqdim edir. Korporasiyanın 2013-cü ilin üçüncü rübündə server həllərinin satışından mədaxili ikinci rüblə müqayisədə 18,9 faiz azalaraq 2,8 milyard dollar təşkil edib.
 
“Lenovo” server, fərdi kompüter, planşet və smartfonların istehsalı ilə məşğul olur. 2013-cü ilin dördüncü rübünün yekunları üzrə Çin istehsalçısı 18,1 faizlik payla (14,9 milyon ədəd) dünyada fərdi kompüterlərin satışı üzrə birinci yeri tutub, dünya serverlər bazarında liderlər üçlüyünə daxil ola bilməyib, - "Digit www.digit.ru” yazır.   




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL