waplog

Yeni “iPhone”un ekranı daha böyük və elastik olacaq


"Apple" şirkəti bu il iki ədəd əyilən şüşəli "iPhone" modeli istehsal etməyi planlaşdırır.
 
"ICTnews" xəbər xidmətinin www.astera.ru saytına istinadən verdiyi məlumata əsasən, "Apple" şirkətinin laboratoriyalarına yaxın mənbələrdən bildirilib ki, yeni modelin əyilən plastik və ya "Google Nexus 4"də oloduğu kimi kənarları cilalanmış şüşə olacağı məlum deyil.
 
Belə olsa, "Apple"  ilk dəfə telefon ölçülərinin radikal şəkildə böyütməsinə cürət edəcək. Deyilənə görə, şirkət 4,7 və 5,5 düym ölçülü modellər sınaqdan keçirir. Bu cür ekranlı modelləri fablet sinfinə aid etmək olar.
 
Xatırladaq ki, əvvəllər "Apple" tərəfindən belə modellərin buraxılışına şübhə ilə yanaşılırdı. Məlumat üçün bildirək ki, bu yaxınlarda şirkət sapfir şüşəsinin istehsalı üzrə zavoda 578 milyon dollar sərmayə qoyub.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL