“Qualcomm” şirkəti “LTE-A” şəbəkəsi üzərində işləyir
"Qualcomm” şirkəti “LTE-A” (Advanced) şəbəkəsinin 5 QHs tezlik dalğasında fəaliyyəti üçün texnologiya hazırlayıb. Texnologiyanın hazırlanması analitiklərin mobil internet trafikinin həcminin yüksək templə artması ilə bağlı verdikləri proqnozlarla əlaqədardır. Bəzi hesablamalara görə, yaxın vaxtlarda mobil şəbəkələr vasitəsilə ötürülən məlumatların sayı min dəfə arta bilər. “LTE-А” şəbəkəsinin 5 QHs tezlik dalğasında işinə əsaslanan "Qualcomm” mütəxəssislərinin təqdim etdikləri həll mobil rabitə standartı və tezliklərdən istifadə üçün fərdi icazənin alınması tələb olunmayan “Wi-Fi” simsiz texnologiyası arasında mübarizəyə “dəqiq zərbə”lərdən biri ola bilər.
Təqdim olunan həll prototip mərhələsində olduğundan ABŞ şirkətinin nümayəndələri standartın bu və ya digər məhsul tərəfindən dəstəklənməsi barədə məlumat vermirlər. Lakin mobil şəbəkə ilə məlumatların ötürülməsi üçün yeni tezlikdən istifadə ilə bağlı məsələ artıq ətraflı tədqiq olunaraq öyrənilir. Hazırda fəaliyyət göstərən operator şəbəkələrinin əksəriyyəti təxminən 3 QHs (2,5-2,7 QHs, eləcə də 3,4-3,55 QHs) tezliyindən istifadə edirlər. “Qualcomm Atheros” kimi tədarükçülər artıq bu gün istifadəçilərə 5 QHs tezliyində işləyən "Wi-Fi” standartlı bir neçə model qurğuları təqdim edir, eləcə də bəzi istehsalçı şirkətlər bu tezliyi, eləcə də 60 QHs dalğasını tətbiq edə bilər. Mobil şəbəkələr sahəsində tədqiqatlar aparan şirkətlərin hamısı mobil rabitə xidmətlərini maksimal geniş tezlik spektrində göstərmək imkanlarını nəzərdən keçirirlər.
“Qualcomm”un texniki marketinq üzrə baş direktoru Rasmus Hellberqin sözlərinə görə, boş tezliklərdə "LTE-Advanced” şəbəkəsi əhatə dairəsinin effektivliyinə, eləcə də idarə edilməsi, etibarlığı və son istifadəçi üçün əhatənin tamlığına görə "Wi-Fi” texnologiyasını xeyli üstələyir. Bundan başqa, mobil rabitə operatorları öz növbəsində vahid mobil rabitə standartı şəklində üstünlük qazana bilərlər, odur ki, belə tezliklər avtonom mobillik üçün ideal hesab olunur.
Analitiklərin fikrincə, “LTE-A” şəbəkəsinin 5 QHs tezlik dalğasında fəaliyyəti ilə bağlı planlar və şəbəkənin modernləşdirilməsi mərhələləri haqqında danışmaq hələ ki tezdir, çünki tam inteqrasiya prosesinə ən azı 3-5 il lazım olacaq, - "3DNews www.3dnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL