waplog

“LG G Pro 2” smartfonu fevralda nümayiş etdiriləcək


“LG” şirkətinə istinadən “Slash Gear” nəşri yazıb ki, “LG G Pro 2” smartfonu rəsmən 2014-cü ilin fevralında təqdim ediləcək. İstehsalçı qurğu haqqında ətraflı məlumat verməyib.

 “gazeta.ru” saytı yazır  ki, “G Pro 2” smartfonunun “LG” şirkətinin “Mobile World Congress” çərçivəsində keçiriləcək tədbirində nümayişi gözlənilir.

Məlumatlara görə, smartfon 6 düymlük ekran, “Snapdragon 800” prosessoru və 3 QB əməli yaddaşla təchiz edilib.

Bundan əvvəl mətbuatda yayılmış məlumata əsasən, “LG” şirkətinin 2014-cü ildə işıq üzü görəcək qabaqcıl smartfonları  barmaq izi skanerləri ilə təchiz ediləcəklər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL