Qafqazda yayım mediası üzrə ixtisaslı kadrlar hazırlayan yeganə məktəb Azərbaycandadır
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilərək istifadəyə verilən 5 nömrəli Bakı Peşə Məktəbində Qafqazda yayım mediası üzrə ixtisaslı kadrlar hazırlayan yeganə və ilk peşə-ixtisas təhsili müəssisəsi kimi zəngin maddi-texniki baza yaradılıb.
Təhsil Nazirliyindən bildirilib ki, müəssisənin müəllimləri tanınmış və peşəkar mütəxəssislərdən ibarətdir: “300 şagirdin təhsil aldığı peşə məktəbində müasir tələblərə cavab verən 8 ixtisas üzrə (video çəkilişi üzrə operator, kino-montajçı, səs texnikasına xidmət üzrə mexanik, işıq ustası, dekorator, kostyumçu dərzi, qrimçi-pastijor, kompüterlərin təlimi və xidməti üzrə texnik) kadr hazırlığı aparılır. İstehsalat dərsləri müasir avadanlıqlarla təchiz olunmuş emalatxana və studiyalarda, həmçinin, səsyazma, kino-montajçı, dekorator, qrimçi-pastijor, dərzi otaqlarında keçirilir”.
Nazirlikdən o da qeyd edilib ki, 5 nömrəli Bakı Peşə Məktəbinin yetirmələri hazırda televiziya, kino və teatr sahəsində uğurla fəaliyyət göstərirlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL