Azərbaycan poçtu MDB-də liderdir
Azərbaycan poçtunda digər MDB dövlətləri ilə müqayisədə sığortalı poçt göndərişləri ilə əlaqədar itki və ya oğurluq halları qeydə alınmayıb.
Bu barədə “Azərpoçt” MMC-dən verilən məlumatda bildirilir. Məlumatda bildirilir ki, Azərbaycan poçtu bu və ya digər göstəricilərə görə MDB poçt operatorları arasında liderdir. Beynəlxalq poçt göndərişlərinin axtarışı, itkisi və s. ilə əlaqədar sorğular qəbul edilərək icrası təmin edilir. Beynəlxalq bağlamaların axtarışına dair müştəri xidmətləri - İnternet sorğu sistemi (“Cricket”) ilə ötən il ərzində 4000 ədəddən artıq sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib.
“Azərpoçt” MMC bu sistem vasitəsi ilə hazırda dünyanın 157 ölkəsi ilə əməkdaşlıq edir. “Azərpoçt” MMC bundan başqa dünyanın 86 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair müştəri xidmətləri - İnternetlə elektron sorğu sistemindən (PEIME) istifadə edir.
Bu sistem vasitəsilə 1500 ədəddən artıq sorğu işlənilib. “Azərpoçt” MMC-nin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi tam başa çatdırılıb və cari ilin yekunlarına əsasən respondentlərin göndərdiyi nəzarət məktubları təyin edilən normativlərə uyğun ünvan sahiblərinə çatdırılıb. Azərbaycanın poçt şəbəkəsində ÜPİ-nin Keyfiyyətin Yaxşılaşdırılması Fondunun (QSF) vəsaitləri hesabına müxtəlif illərdə həyata keçirilən layihələrin nəticələrinin qiymətləndirilməsi məqsədilə ÜPİ-nin əməkdaşı 26 oktyabr - 01 noyabr tarixlərində “Azərpoçt” MMC-də monitorinq aparmış, ekspertin ilkin rəyinə görə monitorinqin nəticələri qənaətbəxş hesab edilib.
ÜPİ-nin yaz sessiyasında “Azərpoçt” MMC-yə və onun filialı “Azərekspresspoçt” RM-ə həmin tədbirdə iştirak edən Azərbaycanın nümayəndələrinə keyfiyyətin idarə edilməsi üzrə qızıl səviyyəli sertifikatı və həmçinin EMS Kooperativinin (7-ci dəfə) qızıl səviyyəli sertifikatı təqdim edilib. “Azərpoçt” MMC eyni zamanda 2013-cü il üzrə beynəlxalq bağlamaların məlumatlarının (EDİ mesajlarının) işlənməsi, çatdırılması və “Cricket” sorğu sistemi üzrə ÜPİ tərəfindən təyin olunmuş normativlərə riayət edib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL