waplog

Satınalmalar üzrə müqavilə məlumatları “Elektron hökumət” portalı vasitəsilə onlayn təqdim ediləcək


 Ölkədə “Elektron hökumət” quruculuğu sahəsində həyata keçirilən fəaliyyət genişlənməkdə davam edir. Belə ki, müxtəlif dövlət qurumlarının təqdim etdiyi əksər xidmətlər elektron formaya keçirilərək “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunur.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, növbəti olaraq “Satınalmalar üzrə müqavilə məlumatlarının onlayn təqdim edilməsi” xidməti portal vasitəsilə istifadəçilərin ixtiyarına verilib.
 
 
Bu xidmət Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması üzrə bağlanmış müqavilə məlumatlarının elektron qaydada Azərbaycan Vergilər Nazirliyinə təqdim edilməsini əhatə edir.
 
 
İstifadəçiləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
 
 
Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyır.
 
 
Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə adıçəkilən nazirliyin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir. Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Cağrı Mərkəzi fəaliyyət göstərir.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL