Azərbaycan Dövlət Gömrük Komitəsi üç yeni elektron xidmət üzərində işləyir
Azərbaycan Dövlət Gömrük Komitəsi bu il üç yeni elektron xidmət təqdim etmək niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, komitənin sədri Aydın Əliyev müsahibələrindən birində bildirib ki, hazırda komitə xarici iqtisadi fəaliyyətlə məşğul olan iş adamlarının ölkəyə idxal edilən və ixrac edilən malları və avtomobilləri internet vasitəsi ilə qeydiyyatdan keçirə biləcəkləri “Elektron gömrük bəyannaməsi/mal” elektron xidməti, idxal və ixrac edilən malların sənədləşdirilmə prosesini müşahidə etməyə imkan verən “Elektron monitorinq” xidməti və elektron xidmətlərin istifadə sahəsini genişləndirəcək “Elektron gömrük xidmətləri” üzərində işlər aparır.
A.Əliyev bildirib ki, komitə mütəmadi olaraq gömrük sahəsində göstərilən xidmətlərin şəffaflığını artıra biləcək, məmur ilə vətəndaş arasında əlaqələri azalda biləcək tədbirlər görür.
"Hazırda Dövlət Gömrük Komitəsinin saytı vasitəsilə təmənnasız doqquz elektron xidmət göstərilir", - deyə o bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL