waplog

“Apple” günəş batareyalı ikitərəfli displey üçün patent alıb


“Apple” şirkəti noutbuklar üçün sensorlu idarəetməni dəstəkləyən və kənar günəş batareyalarının quraşdırılması imkanına malik ikitərəfli displey üçün patent hüququ alıb. Bu barədə “AppleInsider” internet portalının məlumatında deyilir.  

Patentdə qeyd olunur ki, displeyin bir tərəfi ənənəvi kompüter ekranı kimi olacaq. Onun arxa tərəfi elektrik cərəyanının təsiri nəticəsində öz şəffaflığını dəyişən elektroxrom şüşə ilə bağlıdır. Bu şüşə qatında kiçikölçülü əlavə ekran, sensorlu idarəetmə modulları və ya noutbukun enerji toplaması üçün istifadə edilən günəş batareyaları yerləşə bilər.

Displeyin arxa tərəfini müstəqil şəkildə idarə olunan ayrı-ayrı zonalara bölmək mümkündür. Belə konstruksiya bağlı noutbukun qapağına bildiriş və oxunmamış məlumatları daxil etməyə, sensorlardan qurğuların mexaniki və ya proqram bloklanması üçün istifadəsinə, eləcə də mediafaylların səsləndirilməsinin idarəetməsinə imkan verir.  

Həmçinin vurğulanır ki, displey müxtəlif materiallardan, o cümlədən metal, keramika, şüşə və ya karbondan istifadə etməklə istehsal oluna bilər. “Apple” şirkətinin bu displeylərdən gələcək məhsullarda istifadəsi ilə bağlı planları haqqında məlumat verilmir.

Qeyd edək ki, “Apple” ötən il ABŞ-da qeydiyyatdan ən çox patent keçirən şirkətlər reytinqində 22-ci yerdən 13-cü yerə yüksəlib. 2013-cü ildə şirkət ümumilikdə 1780 yeni patent hüququ əldə edib, - "Digit www.digit.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL