waplog

Azərbaycanda cinayətlərin qarşısının alınmasında və açılmasında informasiya texnologiyaları mühüm rol oynayır



Cinayətlərin qarşısının alınmasında, açılmasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində müasir informasiya texnologiyalarının əhəmiyyəti də böyük olub.
 
Bu fikri Daxili İşlər Nazirliyində 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında nazir Ramil Usubov deyib.
 
Onun sözlərinə görə, təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 7947 hüquqazidd əməlin qarşısı alınıb, habelə 2764 cinayət işi başlanıb.  “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 105 cinayət açılıb, 8401 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 121 avtomobil saxlanılıb.
 
Daxili işlər naziri həmçinin qeyd edib ki, vahid məlumat-axtarış sistemi vasitəsilə 690 mindən çox sorğu cavablandırılıb, axtarılan 1264 şəxs müəyyən edilib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL