waplog

“Foxconn” ABŞ-da böyük ekranların istehsalı üzrə zavod açacaq


“Apple” və digər İT şirkətləri üçün elektronikanın yığılması ilə məşğul olan “Hon Hai Precision Industry” şirkəti (əmtəə nişanı Foxconn) ABŞ-da ölçüsü 60 düymdən başlayan böyük ekranların istehsalı üzrə zavodun açılması imkanlarını tədqiq edir. Şirkətin baş direktoru Terri Qou jurnalistlərlə görüşdə bildirib ki, bu qərar böyük maye-kristal displeylərin Asiyadan Şimali Amerikaya ixracının çətin olması ilə əlaqədardır.    
 
“Avtomatlaşdırma, proqram təminatı və texnoloji innovasiyalar yaxın illərdə bizim ABŞ bazarında əsas istiqamətlərimiz olacaq”, - T.Qou qeyd edib.  “Sony”, “Nokia”, “Samsung”, “Microsoft” və digər şirkətlər üçün məhsul yığan “Hon Hai Precision Industry” biznesi şaxələndirməyə çalışır və yeni gəlir mənbələri axtarır. Buna səbəb isə şirkətin müqaviləli istehsaldan əldə olunan gəlirinin zəifləməsidir.  
 
“Hon Hai Precision Industry” həmçinin “Mozilla” şirkəti ilə “Firefox OS” mobil əməliyyat sisteminin hazırlanmasında fəal əməkdaşlıq edir, pərakəndə satışa və öz brendi ilə qulaqcıq, klaviatura və digər məhsulların istehsalına maraq göstərir. Şirkətin baş direktoru onu da vurğulayıb ki,  “Hon Hai Precision Industry” "BMW” və “Audi” kimi nəhəng avtomobil istehsalçıları ilə böyük layihələr hazırlayır. Bu layihələrin displeylərlə bağlı olması ehtimal edilir. Şirkət artıq "Tesla Motor” elektrokarı üçün panellərin buraxılışı ilə məşğul olur. 
 
“Hon Hai Precision Industry” ekran biznesinə 2012-ci ildə “Sharp” şirkətinin ən qabaqcıl texnologiyalar üzrə böyükölçülü maye-kristal displeylərin istehsalında ixtisaslaşan fabrikinin səhmlərinin 50 faizini satın aldıqdan sonra daxil olub. Şirkət rəhbərli bəyan edib ki, “Sharp” ilə əməkdaşlıq sayəsində 3-5 il ərzində onlar “Samsung” şirkətini üstələyə biləcəklər, - “Vesti www.vesti.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL