“Oracle” şirkəti hüquqlarının mübarizəsinə qalxıb
“Oracle” korporasiyasının onun məhsullarına texniki dəstək göstərən müstəqil xidmət təchizatçıları ilə hüquqi mübarizəsi davam edir.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Oracle”da bildiriblər ki, onlar öz fəaliyyətləri ilə korporasiyanın intellektual əmlak hüquqlarını pozurlar.
Ötən həftə “Oracle” korporasiyası, “Solaris” əməliyyat sistemlərinin texniki dəstək üzrə kommersiya xidmətləri göstərən “StratisCom” şirkətini məhkəməyə verib. “Oracle” şirkətinin iddiasında bildirilir ki, “StratisCom” ona məxsus olmayan intellektual əmlaka öz hüquqlarını düzgün aid etməyib və qeyri-qanuni olaraq texniki materialları “Oracle” şirkətinin saytında yükləyib.
“Oracle” şirkətində bildiriblər ki, “StratisCom” şirkəti qeyri-qanuni “Solaris” və bir hissəsi “Oracle” əsasında yazılmış digər texniki alətlər üçün “patç”ların redistribusiyası ilə məşğul olub. İddiada qeyd edilib ki, “StratisCom” şirkəti “Solaris” ilə və əməliyyat sistemləri əsasında sənədlərlə iş şərtlərini də pozub.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL