64 bitlik server prosessorları istehsal ediləcək
“AMD” şirkəti server həlləri üçün 64 bitlik çiplər təqdim etməklə “ARM” prosessor istehsalçıları sırasına qoşulub. Bu barədə şirkətin məlumatında deyilir.
Hazırda “AMD” “Opteron A” seriyasına daxil olan və 28 nanometrlik texnoloji proses üzrə istehsal olunan sınaq çipi nümayiş etdirib. “Open Compute Project” standartını dəstəkləyən və server həllərində eyni anda “x86” və “ARM” prosessorlarından istifadəyə imkan verən çip dörd və ya səkkiznüvəli “ARM Cortex-A57” prosessoru ilə iki variantda buraxılacaq. Bundan başqa, “AMD” tərtibatçılar üçün sınaq sistem lövhəsi və proqram paketinin daxil olduğu platforma da buraxıb.
Şirkətin məlumatında deyilir ki, “ARM” çipləri az enerji sərf etməklə serverlərin yüksək məhsuldarlığını təmin etməyə imkan verəcək ki, bu da onlardan məlumat emalı mərkəzlərinin yaradılması üçün istifadəyə şərait yaradacaq.
2013-cü ilin yekunları üzrə “AMD”-nin xalis itkiləri 83 milyon dollar təşkil edib, halbuki ötən ilin sonunda şirkətin maliyyə göstəriciləri düzəlməyə başlayıb. 2013-cü ilin dördüncü rübündə “AMD” bazara fərdi kompüterlər üçün yeni çiplərin çıxarılması fonunda 45 milyon dollar məbləğində xalis gəlir əldə edib, - “Digit www.digit.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL