Elektron məlumatlar bazası onlayn rejimdə qaz şəbəkəsinə nəzarət baxımından əvəzsizdir
“Smart kart tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədi ilə köklü şəkildə yeniliklər tətbiq edilib və müvafiq qaydada islahatlar aparılıb. Belə ki, kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından ötən ildən etibarən yenilənmiş proqram təminatının tətbiqinə başlanılıb. Bu isə təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verir”.
“ICTnews” elektron xəbər xidməti bildirir ki, bu fikirləri ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev söyləyib. Baş direktor YAP-ın rəsmi saytına verdiyi müsahibəsində deyib ki, ötən il ərzində əhali abonentlərinin mənzillərində 449157 məişət qaz sayğacı quraşdırılıb və ya əvəz olunub (o cümlədən 263905 smart kart tipli). 2009-2013-cü illər üzrə isə bu rəqəm 1510492 ədəd təşkil edir ki, bunun da 783260-ı smart-kart tiplidir.
Ə.Hacıyev qeyd edib ki, ötən il Bakı və Abşeron yarımadasının qaz təchizatı sisteminin yenidən qurulması layihəsi ilə əlaqədar 2010-2013-cü illərdə xüsusi proqram təminatında ayrı-ayrı rayonlar üzrə orta və yüksək təzyiqli qaz şəbəkəsinin elektron məlumatlar bazasının (elektron xəritələrin) yaradılması işləri davam etdirilib. Onun sözlərinə görə, qaz şəbəkəsinə aid olan bütün qurğular və avadanlıqlar (sənaye sayğacları, yeraltı, yerüstü orta və yüksək təzyiqli qaz xətləri, siyirtmə, ventil, lük, separator və s.) haqqında QİS-lər tərəfindən təqdim edilən məlumatlar (tipi, diametri, markası, abonent sayı, ünvanı və s.) dəqiqləşdirilib və elektron məlumatlar bazasında yerləşdirilib:
“Qeyd edək ki, elektron məlumatlar bazası onlayn rejimdə qaz şəbəkəsinə nəzarət etmək, şəbəkə məlumatlarını yerləşdiyi koordinata uyğun yerində görmək, qəza və təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olmaq baxımından əvəzsiz imkanlara malikdir. Bu bazanın əhəmiyyəti həm də qaz itkilərinin qarşısının vaxtında alınması, abonentlərə qüsursuz xidmət göstərilməsi, qaz verilişinin düzgün tənzimlənməsi və proqnozlaşdırılmasına şərait yaratmasındadır. Elektron xəritələrin daim operativ şəkildə yenilənmək imkanları var. Köhnə xəritələrdən fərqli olaraq, müasir xəritələrdə əks olunan informasiyalar əsasında bir çox məsələlərin həllinə cavab tapmaq mümkündür”.
Seymur
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL