waplog

“Intel” şirkətinin səs köməkçisi internetsiz işləyəcək


“Quartz” nəşri yazır ki, “Intel” şirkəti mobil qurğular üçün internetə qoşulmadan işləyən səs köməkçiləri hazırlayır.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, səs köməkçiləri “Intel” prosessorları ilə işləyən qurğular üçün nəzərdə tutulacaq. İstifadəçinin səs sorğularının tanınması və emalı məsələsi prosessorlara həvalə ediləcək.

Köməkçilər üçün proqram təminatını “Intel”in adı açıqlanmayan tərəfdaşı yazacaq, lakin “Quartz” nəşri tərəfdaşın “Nuance Communications” olduğunu hesab edir.

“Nuance” nitqin tanınması sistemlərini hazırlayır. Qeyri-rəsmi məlumatlara görə, şirkətin texnologiyaları “Apple” qurğularında əlçatan olan “Siri” səs köməkçisində istifadə olunur.
 
Həm “Siri”, həm də “Android” platformasına quraşdırılmış “Google Now” səs köməkçisi üçün internetə qoşulma lazımdır, çünki sorğular uzaq serverdə emal edilir; lakin “Google”un həllində internetsiz işləyən səs daxil etmə xidməti var.

“Intel” şirkəti səs texnologiyalarını yanvarda təqdim etdiyi “Jarvis” qurğusunda sınaqdan keçirib. Cihaz prototipdir və daxili səs köməkçisinə malik smartfonlar üçün qarnitur təşkil edir.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL