Akademik Telman Əliyev Beynəlxalq İnvestisiya Arktik Sammitində iştirak üçün dəvət alıb
27 fevral 2014-cü il tarixində Moskva şəhərində “Şimali dəniz yolu. Arktik regionun infrastrukturu və nəqliyyat-informasiya sistemi” mövzusunda Beynəlxalq İnvestisiya Arktik Sammiti keçiriləcək.
Sammitin keçirilməsində əsas məqsəd Arktik Şura ölkə rəhbərlərinin, nəzarətedici ölkələrin, maliyyə-sənaye sektorunun top-menecmentinin iştirakı ilə arktik region məsələlərinin həlli, elm və biznesin inteqrasiyası, ideyalar bankı və praktiki tətbiq etmək üçün elmi layihələrin hazırlanması məqsədilə dayanıqlı beynəlxalq platformanın yaradılmasıdır. Sözügedən tədbirdə Azərbaycanı AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev təmsil edəcək.
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, Arktik İctimai Elmlər Akademiyasının dəstəyi ilə keçirilən sammit çərçivəsində təşkil olunan “Şimalda həyat fəaliyyətinin təmin olunmasının innovativ texnologiyaları” mövzusunda “dəyirmi masa”da T.Əliyevin “Texniki obyektlərin qəza vəziyyətinə keçidinin gizli dövrünün “noise” texnologiyaları və monitorinq sistemləri” mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL