Macarıstanla Azərbaycan arasında elmi-texnoloji və innovasiya sahəsində əməkdaşlıq istiqamətləri müəyyənləşib
Macarıstan Milli İnnovasiya İdarəsi ilə Azərbaycan Elmi İnnovasiyalar Mərkəzi (EİM) arasında elmi-texnoloji və innovasiya (ETİ) sahəsində əməkdaşlıq istiqamətləri müəyyənləşib. Belə ki, mərkəzlər arasında qurulan əməkdaşlığın əsas istiqamətlərinə tərəflərin razılığı əsasında elmi sahələrdə ETİ layihələr: birgə layihələrin yerinə yetirilməsi, həmçinin üçüncü ölkələrin (Azərbaycan MDB-nin üzvü olaraq, MDB ölkələri, Macarıstan isə Avropa Birliyi ölkələri arasında) iştirak etdikləri layihələr haqqında bir-birini xəbərdar etməsi daxildir. Bu istiqamətə əsasən, Avropa Birliyinin üzvü olaraq, Macarıstan “Horizont-2020” proqramı çərçivəsində Azərbaycan tərəfinə dəstək olacaq.
Digər istiqamət alimlər, mütəxəssislər, tədqiqatçılar və ekspertlərin mübadiləsini nəzərdə tutur. Buna uyğun olaraq, Azərbaycan (həmçinin MDB dövlətlərini nəzərə alaraq) və Macarıstanın (AB ölkələrini nəzərə alaraq) tədqiqatçıların mübadiləsini təşkil etmək; innovasiya texnologiyaları sahəsində ixtisasartırma kurslarının təşkili; birgə ekspert komissiyaların yaradılması həyata keçiriləcək.
Həmçinin ETİ sahəsində informasiya sənədlərinin mübadiləsi; Azərbaycan (eləcə də MDB dövlətlərini nəzərə alaraq) və AB ölkələrinin elmi tədqiqat təşkilatları arasında innovasiya texnologiyaları sahəsində informasiyanın mübadiləsi; birgə konfransların, simpoziumların, seminarların və digər tədbirlərin təşkil edilməsi: iki ölkənin paytaxt və regionlarında birgə seminar və konfransların təşkili; Azərbaycan və Macarıstanda keçirilən tədbirlərə hər iki təşkilatın nümayəndələrinin dəvət edilməsi üzrə də birgə əməkdaşlıq həyata keçiriləcək. Növbəti istiqamət ETİ əməkdaşlığın digər formaları: dövlət orqanlarında hər iki təşkilatın maraqlarının dəstəklənməsi; birgə nəşrlərin buraxılması; Azərbaycan və Macarıstan alimlərinin məqalələrinin nəşr olunmasında dəstəkdir.
Tərəflər bərabərlik və qarşılıqlı fayda əsasında ETİ əməkdaşlığına öz dəstəklərini verəcək və inkişaf etdirəcəklər. AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) bildirilib ki, əməkdaşlıq perspektivləri Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyasının iclasında iştirak etmək üçün ölkəmizdə olan Macarıstan rəsmi nümayəndə heyətinin nümayəndələri İldiko Kovaç və Arpad Epdeynlə müzakirə edilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL