waplog

Naxçıvanda informasiya və rabitə xidmətlərinin Ümumi Daxili Məhsulda payı 6,1% artıb



Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 2013-cü ildə informasiya və rabitə xidmətlərinin Ümumi Daxili Məhsulda payı 6,1% artıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, muxtar respublikada ötən il ərzində 2 milyard 338 milyon 928 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunub ki, bu da bir il öncəki müvafiq göstəricini 10,3% üstələyir.
 
Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 28,5% payla sənaye, ikinci yeri isə 25,5% payla tikinti sahəsi tutmuş və Ümumi Daxili Məhsulun 64,8% maddi istehsal sektorunun payına düşüb.
 
Ötən il 2012-ci ilə nisbətən sənaye məhsulunun həcmi 6,3%, əsas kapitala yönəldilən investisiyalar 5,6%, kənd təsərrüfatının ümumi məhsulu 6,9%, nəqliyyat sektorunda yük daşınması 9,5%, informasiya və rabitə xidmətləri 6,1%, o cümlədən mobil rabitə xidməti 5,9%, pərakəndə əmtəə dövriyyəsi 11,8%, əhaliyə göstərilən pullu xidmətlər 16,7%, xarici ticarət dövriyyəsi 13,5%, o cümlədən ixracın həcmi 7,7%, əhalinin gəlirləri 7%, hər bir nəfərə düşən gəlirlər 4,9%, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,1% artıb.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL