waplog

Böyük Britaniyada təhsil haqları virtual valyuta ilə ödəniləcək


Böyük Britaniyanın Kambriya Universiteti dünyada bitkoini təhsil ödənişi üçün qəbul edən  ilk dövlət universitetidir.

"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, bitkoinlərlə bütün kursları ödəmək olmayacaq, ondan yalnız virtual pulla bağlı kursları ödəmək olar. Bu, yeni valyutaların rolunu iqtisadi və sosial sistemlərdə araşdıran universitetin iki yeni kursudur.

Bitkoin artıq virtual valyutaya çevrilib, hansı ki, hər gün "Western Union"dan daha çox beynəlxalq pulköçürmələri həyata keçirməyə imkan verir. Dünya üzrə minlərlə sahibkar bitkoinlərdən istifadə edir. Universitet ödənişlərin emalı üçün "Bitpay" sistemini istifadə edəcək.

"Achievement in Sustainable Exchange" (Birjanın dayanıqlığına nail olma) adlanan birinci kurs və "Sustainable Leadership" (dayanıqlı idarəetmə) – ikinci kurs bitkoinləri qəbul edəcəklər.  Bəziləri bitkoinləri onun sürəti və qiymətinə görə, digərləri isə bu valyutanın gətirə biləcəyi yeni maliyyə azadlığı erasına inama görə dəstəkləyirlər. Bu valyutanın cəmiyyətə və iqtisadiyyata necə təsir edə biləcəyi narahatlıq yaradır. Üçüncü tərəf hesab edir ki, bitkoinlərdən sonra daha vacib məhsul peyda olacaq" , - deyə kursların yaradıcısı professor Jem Bendel  qeyd edib.

Qeyd edək ki, öncə virtual valyutanı Kiprin ən iri özəl universiteti qəbul etməyə başlayıb. 
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL