waplog

KATV1 kabel televiziyası əhatə dairəsini genişləndirib


Artıq Bakı şəhəri Qaradağ rayonun daha bir qəsəbəsinin sakinləri də  KATV1 kabel televiziyasının xidmətlərindən istifadə edə bilərlər.  Rayonun, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən ticarət mərkəzində şirkətin yeni ofisinin açılışı olub.
 
Bundan başqa, KATV1 kabel televiziyasının daha bir xidmət mərkəzi Biləcəri qəsəbəsi, Natəvan küçəsi 7 ünvanında istifadəyə verilib.
 
Açılış mərasimində KATV1 brendinin sahibi “AG Telekom” MMC-nin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
 
 “AG Telekom” MMC-nin baş direktoru Samir  Qurbanov bildirib ki, KATV1 kabel televiziyası  əhatə dairəsini günü gündən genişləndirir. Onun sözlərinə görə, Sahil və Biləcəri qəsəbələrində açılan yeni xidmət mərkəzləri bunun bariz nümunəsidir:
 
 
 “KATV1 kabel televiziyasının əsas prioritetlərindən biri abunəçilərə yüksək səviyyəli xidmət göstərməkdir. Məhz bu səbəbdən də şirkətə işə götürülən hər bir işçi  xüsusi tədris prosesindən keçir, onlara abunəçilərlə davranış qaydaları, texniki vasitələrə nəzarət və digər məsələlərlə bağlı ətraflı məlumat verilir.
 
Sahil və Biləcəri qəsəbələrinin bina evlərinin sakinləri şəhər telefonu ilə pulsuz 127 qısa nömrəsinə zəng edərək və ya yeni açilmış ofislərə gələrək qoşulma üçün sifariş verə, onları maraqlandıran digər suallara cavab tapa bilərlər. 
 
Qeyd edək ki, yeni istifadəyə verilmiş ərazilərdə yalnız rəqəmli yayım xidməti göstərilir.
 
SEYMUR
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL