waplog

2017-ci ilin sonunadək dünyada mobil məlumat ötürülməsindən gəlirlər 200 milyard dollara çatacaq


“J’son & Partners Consulting” konsaltinq şirkəti 2012-2017-ci illər üçün dünya simsiz rabitə infrastrukturu bazarının tendensiya və perspektivləri haqqında qısa nəticələri təqdim edib.

Belə ki, 2013-cü ilin yekunları üzrə dünyada aktiv mobil rabitə SİM kartlarının sayı 6,6 milyard təşkil edib və "Ericsson” şirkətinin proqnozuna görə 2017-ci ilədək 8,4 milyardı ötəcək. “3G” və “4G/LTE” şəbəkələri aktiv inkişaf edir; 2017-ci ilin sonunadək dünyada məlumatların mobil ötürülməsindən əldə olunan gəlirlərin 200 milyard dollara çatacağı gözlənilir.

“J’son & Partners Consulting”in məlumatına görə, smartfon və planşet fərdi kompüterlərin populyarlığının və şəbəkələrin buraxılış qabiliyyətinin artması fonunda məlumatların ötürülməsi trafiki kəskin şəkildə yüksəlir. Bununla əlaqədar orta müddətli perspektivdə mobil operatorlar mobil məlumat ötürülməsinə və müvafiq servislərə artan tələbatın öhdəsindən gəlmək üçün simsiz rabitə infrastrukturuna investisiyalar yatırmaqda davam etmək məcburiyyətində qalacaqlar. Bu halda mobil trafik operatorların gəlirlərindən daha sürətli artır, trafikin ötürülmə vahidinin dəyəri isə daima azalır.   

Sənaye nümayəndələrinin gözləntilərinə görə, “LTE” şəbəkəsinin tətbiqi operatorlar üçün məlumatların ötürülməsi dəyərinin “3G/HSPA” şəbəkəsi ilə müqayisədə yarıdan çox artıb. Bundan başqa, “LTE” kimi yeni texnologiyalardan istifadə edən operatorlar əlavə xidmətlər təqdim etmək və abunəçilərin məmnunluğunu artırmaq üçün imkanlar əldə edir. Operatorlar mobil trafiki “Wi-Fi” şəbəkələr vasitəsilə daha fəal boşaldır, “WiMAX” və “TDD-LTE” texnologiyalarından kiçik şəbəkələr üçün “backhaul” paylayıcı şəbəkələri kimi istifadə etməyə başlayırlar. Bütün bu amillər bazarın sözügedən seqmentində avadanlıq bazarının inkişafı üçün əsas inkişaf rolunu oynayır.

Digər tərəfdən, yeni nəsil şəbəkələrinə keçid üçün əsas problemləri qeyd etmək olar. Onların sırasına əksər regionlarda əlverişli spektrin çatışmazlığı, “LTE” və heterogen şəbəkələrdə səsli xidmətlərin göstərilməsi arxitekturasının qeyri-müəyyənliyi, “3G”-yə investisiyaların qayıtmasının gözlənilməsi daxildir.   

Bununla belə, “4G” infrastrukturuna investisiyalar 2017-ci ilədək artmaqda davam edəcək. O vaxtadək sahə “LTE” şəbəkələrinin kommersiyalaşdırılması,  “LTE Advanced” (LTE-A) şəbəkəsinin qurulmasının ilkin mərhələsindən keçəcək və heterogen dövrə qədəm qoyacaq, - "CNews www.cnews.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL